Azərbaycanla Rusiya arasında əməkdaşlıq proqramları imzalanıb

9 Dekabr 2019 16:09

Azərbaycan və Rusiya arasında 2020-2022-ci illər üçün aqrar-sənaye kompleksində əməkdaşlıq proqramı imzalanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sənədi Azərbaycan tərəfindən qtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının həmsədri, Baş Nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfindən qtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının həmsədri İqtisadi İnkişaf naziri Maksim Oreşkin imzalayıb.

Bundan başqa, iki ölkə arasında 2020-2022-ci illər üçün turizm sahəsində kompleksində əməkdaşlıq proqramı da imzalanıb.

Milli.Az