İTV-dəki verilişin aparıcısı Xalq artistinin qızıdır - FOTO

9 Dekabr 2019 17:49

Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Bəsti Cəfərovanın qızı bir müddətdir İctimai Televiziyada fəaliyyətə başlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisanın qızı Fidan Cəfərova telekanalda "Yeraltı" verilişinin aparıcılığını edir.

Verilişin formatı daha çox anderqraund sənət növü ilə bağlıdır. Bu proqramın bir neçə buraxılışı metroda çəkilib.

Milli.Az