Ağstafada səsgücləndirici quraşdırılan avtomobil küçədə yandı - FOTO

9 Dekabr 2019 16:54

Ağstafa rayonunda avtomobilı küçədə yanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində baş verib.
Kənd sakini Budaqov Sənan Əhməd oğluna məxsus "VAZ 2107" markalı avtomobil küçədə qəfil alışıb.

İlkin ehtimala görə, avtomobil qısaqapanmadan yanıb. Maşın sahibi avtomobilə kustar üsulla səsgücləndirici quraşdırıb və nəticədə avtomobil hərəkətdə olarkən alışıb.

Milli.Az