Parisdə “Normand dördlüyü” liderlərinin 3 ildən sonra görüşü keçiriləcək

9 Dekabr 2019 16:29

Bu gün uzun fasilədən sonra "Normand dördlüyü" (Almaniya, Rusiya, Ukrayna, Fransa) liderlərinin növbəti sammiti baş tutacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, sammit Fransanın paytaxtı Paris şəhərində keçiriləcək.

Qeyd edək ki, "Normand dördlüyü" formatı Donbas münaqişəsindən sonra yaradılıb. "Normand dördlüyü" liderlərinin sonuncu sammiti 2016-cı ilin oktyabrında Almaniyanın paytaxtı Berlin şəhərində baş tutub, görüş nəticəsiz qalıb.

Milli.Az