“Başımda səməni bitib” - Eldar Qasımovun xarici görünüşü təccübləndirdi - FOTO

9 Dekabr 2019 15:04

Müğənni, eyni zamanda AzTV-nin aparıcısı Eldar Qasımov xarici görünüşündə dəyişiklik edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi qəhvəyi rəngli saçlarını yaşılla əvəzləyib.

Eldar yeni görüntüsünü instaqram paylaşım platformasında izləyiciləri ilə bölüşüb. 30 yaşlı ifaçı "hələ el-obamıza heç yeni ilə gəlib çatmayıb. Başımda isə artıq səməni bitməkdədir" şərhini yazıb.

Bundan əlavə, o, bu cür addım atmaq üçün məşhur komediya aktyoru Cim Kerridən ilhamlandığını qeyd edib.

Milli.Az