38 yaşında La Liqanın tarixinə düşdü

9 Dekabr 2019 09:34

İspaniya La Liqasının 16-cı turunun "Atletik"lə ev oyunu (3:2) "Betis"in kapitanı Xoakin üçün əlamətdar olub. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, təcrübəli hücumçu bu oyunda İspaniya çempionatının tarixinə düşüb. 

"Betis"in hər üç qolunu vuran ispaniyalı forvard La Liqa tarixində het-trikə imza atan ən yaşlı futbolçu olub. O, bunu 38 yaş, 140 günlüyündə reallaşdırıb.
 
İspaniya La Liqasında əvvəlki rekord 37 yaşında het-trik etmiş Madrid "Real"ının əfsanəvi futbolçusu Alfredo Di Stefanoya aid idi.

Milli.Az