6 yaşlı qız dəm qazından öldü, anası xəstəxanalıq oldu

8 Dekabr 2019 22:04

Bərdə rayonunun Təbriz küçəsində bədbəxt hadisə baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, rayon sakini, 2013-cu il təvəllüdlü Hüseynli Ayşə Etibar qızı hamamda çimərkən dəm qazından zəhərlənərək ölüb.

Hadisə zamanı azyaşlı qızın anası Aynur Məmmədova zəhərlənərək rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyəti orta-ağır olaraq qalır.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Milli.Az