Maşın aşdı, sürücü yaralandı

8 Dekabr 2019 21:56

Mingəçevirdə minik avtomobili qəzaya düşüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, idarəetməni itirən "Hyundai" markalı avtomobil aşıb.

Qəza zamanı xəsarət alan Vüqar Abdullayev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az