Tokioda növbəti yeniyetmə gimnastımız qızıl medal qazanıb - FOTO

8 Dekabr 2019 21:04

Yaponiyanın paytaxtı Tokioda keçirilən Batut Gimnastikası üzrə Dünya Yaş Qrupu yarışlarında növbəti idmançımız qızıl medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu dəfə batut üzrə fərdi proqramda 11-12 yaşlı gimnastlar arasında ölkəmizi təmsil edən Maqsud Maqsudov yarışların qızıl medalına sahib olub. Təsnifat mərhələsində bütün rəqiblərini üstələyən Bakı Gimnastika Məktəbinin yetirməsi, finalda da birinciliyi əldən verməyib.

Sonra mükafatların təqdim edilməsi mərasimi keçirilib.

İdmançımızın şərəfinə "Tokio-2020" Yay Olimpiya Oyunları üçün inşa edilmiş Ariake İdman Sarayında Azərbaycanın dövlət himni səslənib, bayrağımız dalağalanıb.

Milli.Az