İraqda etirazlar zamanı saxlanılan 2,6 min insan sərbəst buraxılıb

8 Dekabr 2019 20:36

İraq hakimiyyəti ölkədə keçirilən etiraz aksiyası zamanı saxlanılan 2626 nəfəri sərbəst buraxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İraq Ali Məhkəmə Şurasının mətbuat xidmətindən bildiriblər.

Bəyanatda deyilir: "Etiraz aksiyası işlərinə baxan orqanlar dekabrın 8-i üçün 2626 nümayişçinin sərbəst buraxıldığını elan ediblər".

Bəyanatda qeyd edilir ki, 181 saxlanılan nümayişçi barəsində istintaq davam edir.

Milli.Az