Bakıda mənzildə kişi meyit aşkarlanıb

8 Dekabr 2019 20:08

Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1983-cü il təvəllüdlü Çerkazov İlya Mixayloviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az