Həmasdan İsrailə xəbərdarlıq: Səbrimiz daşır

8 Dekabr 2019 13:44

Həmasın hərbi qanadı İzəddin əl-Qəssam briqadası İsrailə xəbərdarlıq edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, briqadanın sözcüsü Əbu Übeydə bununla bağlı Teleqram səhifəsində müraciət edib.

"Məscidi Əqsaya son hücumlar, təxribatlar, ibadət edənlərə və məscid əhlinə qarşı təhlükəli addımlar od üzərinə benzin tökməkdir. Bu addımlar işğala qarşı qəzəb partlamasının ayaq səsləri və səbəbidir. Hücumlara görə İsrail məsuliyyət daşıyır. Ancaq bizim səbrimiz daşmaqdadır", - müraciətdə bildirilib.

Milli.Az