Məhəmməd Salahın hər kəsdən gizlətdiyi xanımı - FOTO

8 Dekabr 2019 12:39

Məhəmməd Salah 2017-ci ildə "Liverpul"a transfer olunduğu zaman ilk müsahibəsində ingilis dilində ən çox işlətdiyi sözün hansı olduğu ilə bağlı suala gülümsəyərək "love" (sevgi) cavabını vermişdi. Misirli ulduz bir çox şeyi sevir, amma "əsl sevgisi" haqqında çox az şey məlumdu. 

Milli.Az Fanat.az-a istinadən bildirir ki, Salahın ən böyük sevgisinin adı Maqidi. Bir çox ulduz futbolçudan fərqli olaraq Salah şəxsi həyatını medianın önündə yaşamır. Həyat yoldaşını mediadan uzaq tutmağa və reklam olunmamağa çalışır. Maqinin hər hansı bir sosial media hesabı, restoranı, geyim markası yoxdu. Amma Misirin Naqriq kəndindən Liverpula qədər uzanan yolda daim Salahın yanında yer alıb...

Məktəbdə tanış olublar

Maqi Sadeklə Məhəmməd Salah orta məktəbdə tanış olublar. Özündən başqa iki bacısı olan Maqinin anası və atası eyni məktəbdə müəllim işləyib. 
Onların tanışlığı ilə bağlı danışan Salahın qayınanası "2003-cü ildə eyni sinifdə oxuyurdular. Məktəbləri ayrılana qədər yaxın dost oldular. Ayrılmalarına səbəb Salahın bir futbol klubuna keçməsi oldu" deyir.

Bütün kənd toyda iştirak edib
 

2012-ci ildə "Bazel"ə keçən Salah bir il sonra kəndinə dönərək Maqi ilə evlənir. Bütün kənd onların toyunda iştirak edib. Həmin vaxtda isə onların sevgi hekayəsi artıq 10 yaşına çatmışdı...
Salah evləndikdən sonra doğulub-böyüdüyü kəndinə yardım etməyi davam etdirir və həyat yoldaşı Maqi ilə birlikdə məktəblər tikdirməyə, dərman fabriki açmağa, evlənmək istəyənlərə kömək etməyə başlayır. 

"Həyatımın anlamına təşəkkür edirəm"

Maqi ilk dəfə medianın önünə Salah 2017/18 mövsümündə "Qızıl buts" mükafatını qazanarkən çıxıb. Amma bu tədbirdə bütün diqqətlər onların qızı Məkkənin üzərində olub. Bir il sonra yenə eyni hadisə təkrarlanıb və Məkkə hər kəsin diqqətini öz üzərinə çəkib. 
Salah ailəsinə çox vaxt ayırmadığı üçün peşman olduğunu deyir: "Maqiyə qarşı ədalətli deyiləm. İşimə görə ona çox zaman ayıra bilmirəm. Dəstəyi və həyatımın anlamı olduğu üçün ona təşəkkür edirəm".

"Qadınlar daha artığını haqq edir"

"Time" dərgisinin seçdiyi "Ən nüfuzlu 100 insan" siyahısında yer alan misirli ulduz müsahibəsində qadın-kişi bərabərliyinə diqqəti çəkir: "Mədəniyyətimizdə qadınlara münasibəti dəyişdirməliyik. Bu artıq bir məcburiyyətdi. Qadınları daha öncə olmadığı qədər dəstəkləyirəm, onlar daha artığını haqq edir".

Bununla kifayətlənməyən Salah başqa bir müsahibəsində "Məni ən çox maraqlandıran məsələ qadın haqqlarıdı. Ən önəmli şey budu. Yaxın Şərqdə bir çox şeyləri dəyişdirməliyik. Qadınlara qarşı pis münasibət var demirəm, amma daha yaxşı olmaq şansımız var" deyir.

Salahı örkən götürürlər

Stanford Universitetinin araşdırmasına görə, Salahdan sonra Mersisaydda İslam qorxusu böyük ölçüdə azalıb. Dini mübahisələrdən ölümlər 18.9 faiz, İslama qarşı paylaşımlar 50 faiz geriləyib.

Milli.Az