Yunanıstanda 4,3 maqnitudalı zəlzələ olub

8 Dekabr 2019 12:04

Bu gün səhər saatlarında Yunanıstanda zəlzələ olub.

Milli.Az APA-ya istinadən bildirir ki, yerli vaxtla saat 06.42 radələrində Yunanıstanın Rethymnon bölgəsində 4,3 maqnituldalı zəlzələ baş verib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Milli.Az