Dünya ulduzu gecə paltarında küçələri gəzdi - FOTO

8 Dekabr 2019 11:14

Məşhur amerikalı müğənni Castin Biberin maraqlı görüntüləri yayılıb.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, 25 yaşlı ulduz həyat yoldaşı ilə Los Ancelesin Baverly Hills məhəlləsində görüntülənib. Gənc ər-arvadın gecə paltarında küçələrdə dolaşması marağa səbəb olub.

Qeyd edək ki, Castin Biber vaxtaşırı olaraq qeyri-adi seçimləri ilə diqqəti üzərinə cəlb edir.

Gecə paltarında görüntülənən müğənninin fotolarını təqdim edirik.

Milli.Az