Paytaxt Karakasda həyəcan: İnsanlar təxliyə edildi

8 Dekabr 2019 09:19

Venesuela paytaxtının hakimiyyət orqanları şübhəli bir əşyanın aşkarlanmasına görə ticarət mərkəzinin bütün işçilərinin və ziyarətçilərinin təxliyə edilməsini qərara alıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, söhbət Karakasın Baralt prospektində yerləşən "Metro Center" ticarət mərkəzi haqqında gedir. Bolivar Milli Kəşfiyyat Xidmətinin əməkdaşlarının artıq hadisə yerinə gəldiyi qeyd olunur.

Yerli hakimiyyət hadisə ilə bağlı hələ şərh verməyib.

Milli.Az