Əfqanıstanın Qunduz əyalətində qanlı qarşıdurmalar olub

7 Dekabr 2019 19:23

Əfqanıstanın şimalında hökumətin təhlükəsizlik qüvvələri ilə Taliban arasında baş verən yeni bir qarşıdurma hər iki tərəfdən 20-yə yaxın döyüşçünün ölümünə səbəb olub.

Atışmalar üsyançıların zorakılıqlara səhnə olan Qunduz əyalətinin İmam Sahib mahalındakı bir neçə polis postuna hücumundan sonra başlayıb.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, əyalət polisinin sözçüsü İnamuddin Rəhmani Amerikanın Səsinə deyib ki, qarşıdurmalar zamanı yerli komandir də daxil olmaqla, azı 9 polis işçisi ölüb və bir neçə nəfər yaralanıb. O, üsyançılar arasında da 11 nəfərin öldürüldüyünü deyib.

Taliban da öz növbəsində basqın zamanı hökumət qüvvələrindən 14 nəfərin öldürdüyünü və təhlükəsizlik postlarını ələ keçirdiyini iddia etdi. Qrup öz döyüşçüləri arasında itki olmadığını bildirib.

İllər boyu gərgin mübarizə yaşadığı vilayətdəki müstəqil mənbələrdən belə məlumat almaq mümkün olmayıb. Taliban iki dəfə qısa müddətə əyalətin paytaxtı Qunduzu ələ keçirib.

Son döyüşlər ABŞ-ın Talibanla sülh müzakirələrinə hazırlaşdığı vaxt aparılıb. Danışıqlar Donald Tramp tərəfindən 3 ay əvvəl dayandırılıb.

Milli.Az