"Tənha qadın üçün çox çətindir" - Xalq artisti Məleykə Əsədova

7 Dekabr 2019 17:42

"Tək qadın üçün övlad böyütmək çətindir. Həm də işləyən xanımam. Evin həm kişisi, həm xanımı oluram. Bütün yük çiynimdədir. Eyni zamanda da çalışıram övladımı doğru-düzgün böyüdüm".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Səhər-səhər" verilişində deyib. Aktrisa baxım sirlərini bölüşüb. Əsədova bildirib ki, burnundan başqa heç bir yerində plastik müdaxilə etdirməyib:

"Hər şeyim özümündür. Bircə burnum əməliyyatdır. Dərimə qulluq edirəm. Xaricə gedəndə, ancaq maskalar alıram. Salona getməyə vaxtım olmayanda, evdə üzümə qulluq edirəm.

Saçlarım qoymadır. Amma yay olanda çıxardıram. Saç qadını eleqant göstərir. Əvvəl uzun saçlarım var idi. Rəng, kəsim onları məhv etdi".

Milli.Az