Ruslan Qurbanov özünü Messi və Ronaldo ilə müqayisə etdi

7 Dekabr 2019 13:39

"Keşlə"nin futbolçusu Ruslan Qurbanov sosial şəbəkə hesabıda Premyer Liqanın 14-cü turunda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri oyun barədə fikirlərini bölüşüb.

Milli.Azsportal.az-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu Ağdam klubunun qapısından keçən ilk qolun avtoqol kimi qeydə alınmasından narazı qalıb:

"10 il ərzində təkcə "Qarabağ"a qol vurmamışdım, bu oyunda vurdum və niyə avtoqol yazıldı? Mənim böyük futbolda olan Ronaldo, Messi kimi oyunçuların belə məqamlarda vurduqları qolla bağlı sualım var: nə üçün həmin qollar onların adına yazılır, bizim yox? İstənilən halda, uca yaradana həmd olsun, amma qolu adıma yazsaydılar, əla olardı".

Ruslan Qurbanov cərimə zərbəsindən topu "Qarabağ"ın qapısına vurub. Bu zaman top ağdamlıların futbolçusu Hacıağa Hacılıya dəyərək qapıdan keçib.

Milli.Az