Moskvada maşın metrostansiyanın vestibülünə çırpıldı - 3 ölü, 2 yaralı - FOTO

7 Dekabr 2019 12:09

Moskvada minik avtomobilinin metrostansiyanın vestibülünə çırpılması nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə paytaxtın şimalında yerləşən Mərkəzi Dairəvi "Okrujnaya" stansiyasında baş verib.

Məlumata görə, avtomobildə ümumilikdə 5 nəfər olub.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Milli.Az