Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışları keçirilir - FOTO

7 Dekabr 2019 11:54

Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışları başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, estafetdə müxtəlif gimnastika növləri üzrə Azərbaycan milli komandalarının üzvlər və onların valideynləri, ümumilikdə 200 nəfər iştirak edir.

Estafetə 9 komandadan, "Şahdağ", "Odlar yurdu", "Koroğlu", "Xəzər", "Gülüstan", "Qarabağ", "Qobustan", "Göygöl" və Babək komandaları qatılıb.

Əvvəlcə komandaların paradı keçirilib və hər komandadan bir idmançı bu estafetdəki hədəf və məqsədlərindən danışıb.

Yarışları üç əsas hakim, Mehman Əliyev, Fərid Məmmədzadə və Natalya Bulanova, eləcə də doqquz köməkçi hakim izləyir. Hakimlərin adından Mehman Əliyev and içib.

Daha sonra xoreoqraf Ruslan Eyvazovun rəhbərliyi altında bütün komandaların iştirakçıları gimnastika hərəkətləri yerinə yetirib. Estafet iştirakçıları ilə yanaşı, tamaşaçılar da hərəkətləri təkrar edib.

Bundan sonra yarışlar başlayıb. Estafet iştirakçılarına öz bacarıqlarını göstərə bilmələri üçün oyunlar hazırlanıb.

Milli.Az