Lempard üçün 150 milyon funt-sterlinq

7 Dekabr 2019 12:49

Transfer qadağası götürülən "Çelsi" qış fasiləsində heyətini ən azı 3 futbolçu ilə gücləndirmək istəyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi bunun üçün Frenk Lemparda 150 milyon funt-sterlinq məbləğində transfer büdcəsi ayırıb.

Gənc mütəxəssisin gücləndirmək istədiyi mövqelər artıq bəllidir. O, rəhbərlikdən hücumçu, vinger və mərkəz müdafiəçisi alınmasını xahiş edib.

Milli.Az