Evo Morales siyasi sığınacaq aldığı Meksikanı da tərk etdi

7 Dekabr 2019 09:39

Boliviyanın keçmiş prezidenti Evo Morales siyasi sığınacaq aldığı Meksikadan Kubaya uçub.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə Meksika XİN-in nümayəndəsi Roberto Velasko Tvitterdə məlumat verib.

Paylaşımda yazılana görə, Moralesin səfəri müvəqqəti xarakter daşıyır.

"RİA Novosti" qeyd edib ki, səfərin məqsədi Boliviyanın eks-başçısının tibbi yoxlanışdan keçməsidir.

Xatırladaq ki, Boliviyada oktyabrın 20-də keçirilmiş prezident seçkilərinin birinci turunda qalib gələn Evo Moralesə qarşı aksiyalar başlamış və o, noyabrın 10-da istefa verərək ölkəni tərk etmək məcburiyyətində qalmışdı.

Milli.Az