Qəbələdə ağır yol-nəqliyyət qəzası: ölən var - YENİLƏNİB - FOTO

7 Dekabr 2019 10:11

10:11

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Qəbələ-Ağdaş yolunun Savalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Hyundai" markalı minik avtomobili "VAZ 21015" markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı Ağdaş sakini, 1981-ci il təvəllüdlü Nəsirov Xəqani Əlövsət oğlu aldığı xəsarətlərdən ölüb, Qəbələ rayon sakinləri - 1990-cı il təvəllüdlü Abdürrəhmanov Bəyalı Bəylər oğlu və 1978-ci il təvəllüdlü İbayeva Nurlana Yədulla qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

-------

08:13

Qəbələ rayonununda iki minik avtomobili toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Qəbələ rayonunun Savalan kəndində "Seat" və "VAZ" markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri deformasiyaya uğrayan "VAZ" markalı avtomobildən 1981-ci il təvəllüdlü Nəsirov Xəqani Əlövsət oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. ​

Milli.Az