Nayrobidə binanın çökməsi nəticəsində üç nəfər ölüb

7 Dekabr 2019 08:33

Nayrobidə altı mərtəbəli binanın çökməsi nəticəsində ən azı 3 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, dağıntılar altından 11 nəfər xilas olunub. Yaralılar xəstəxanalara aparılıb. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Daha əvvəl Associated Press iki ölü və 10 nəfərin dağıntıdan xilas edildiyini bildirmişdi. Öz növbəsində İngilis BBC radio stansiyası, çökən evdə 57 bir otaqlı mənzilin olduğunu bildirdi.

Xilasetmə işləri bir neçə gündür davam edən leysan yağışlarla çətinləşir.

Milli.Az