Milli Məclisin deputatı Yevda Abramov vəfat edib

6 Dekabr 2019 21:31

Milli Məclisin deputatı Yevda Abramov 71 yaşında dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən bildirir ki, millət vəkili bir müddət öncə xəstəliyi ilə əlaqədar Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu. Dəfn mərasimi Qubada, dekabrın 8-də keçiriləcək.

Qeyd edək ki, Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavini idi.

Allah rəhmət eləsin!

Milli.Az