ABŞ-da aviabazaya silahlı hücum - 2 ölü,11 yaralı

6 Dekabr 2019 19:49

ABŞ-ın Florida ştatındakı Hərbi Dəniz Qüvvələrinin Pensakola aviabazasına silahlı hücum olub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Amerika HDQ-nin Tvitter səhifəsində yazılıb. İnsident zamanı 2 nəfər ölüb, 11 nəfər yaralanıb. Silahlı şəxs öldürülüb. Bazaya giriş-çıxış bağlanıb.

Qeyd edək ki, Pensakolada 16 mindən çox əsgər və 7 min nəfər mülki işçi çalışır. Bundan başqa, hərbçilərin ailələri də orada yaşayır.  

Milli.Az