Trend BİA Baş direktorunun müavini Arzu Nağıyev REAL TV-nin birbaşa efirində ağacəkmə kampaniyası barədə - VİDEO

6 Dekabr 2019 18:57

Bu gün "Trend.az", "Day.az", "Milli.az" və "Azernews.az" saytlarının əməkdaşları Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 650 min ağacın əkilməsi üzrə aksiyada iştirak ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, aksiyada ictimai xadimlər, mədəniyyət və elm nümayəndələri, ziyalılar və gənclər təşkilatlarının üzvləri iştirak edib.

Qeyd edək ki, dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçirilən ağacəkmə kampaniyası respublikanın bütün regionlarını əhatə edir.

Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) Baş direktorunun müavini Arzu Nağıyev REAL TV-nin birbaşa efirində ağacəkmə kampaniyasının əhəmiyyəti barədə danışıb.

Milli.Az