Şahzadə Diananın libası 765 minə satışa çıxarılır

6 Dekabr 2019 20:04

Şahzadə Diana ölümündən 22 il keçsə də, hələ də tez-tez gündəmə gəlir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, dəb ikonu olan şahzadənin ən çox tanınan 8 libasından biri Londonda auksiona qoyulacaq.

Geyimin dəyəri isə 450 min dollardır (təxminən, 765 min manat).

Şahzadə sözügedən libası 1985-ci ildə ABŞ Prezidenti Ronald Riqanın Ağ Evdə verdiyi dəvətdə geyinib.

Qeyd edək ki, Diana həmin geyimdə Con Travolta ilə olan rəqsinə görə yadda qalmışdı.

Milli.Az