Slovakiyada çoxmərtəbəli bina partladı - Ölən var - VİDEO

6 Dekabr 2019 18:11

Slovakiyanın şərqindəki Preşov şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı bir nəfər həlak olub.

Partlayışa qaz sızması səbəb olub və daha sonra yanğın başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Qeyd olunur ki, binada sakinlərin qalma ehtimalı ola bilər.

Şəhər meri Andrea Turçanova fövəqladə vəziyyət elan edib.

Milli.Az