Alimlər təbiətin insan səs-küyündən qorunmasını tələb edir

7 Dekabr 2019 23:35

İngilis tədqiqatçıları 100-dən çox araşdırma işini nəzərdən keçirərək, insanlardan və insan fəaliyyətindən doğan səs-küyün (nəqliyyat, təyyarə, qatar, gəmi, fabrik, quyu qazmaları və sair) təbiətə necə təsir etdiyini qiymətləndirib. Mütəxəssislər səs-küyün səviyyəsinin idarə edilməsinin və məhdudlaşdırılmasının mümkünlüyünə inanırlar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu, nəinki həssas olanlara, əksər heyvan növlərinə mənfi təsir göstərir. Tədqiqat, Britaniya Kral Cəmiyyətinin Biologiya Məktubları jurnalında dərc edilmişdir. Aparılmış tədqiqatlar, heyvanların hormon səviyyəsinin ölçülməsiylə, səs-küyə məruz qalmazdan əvvəl və sonrakı davranış qaydalarının qeydə alındığı təcrübələrə əsaslanır. Bir qayda olaraq, antropogen səs-küyün səviyyəsi 4 kHz-dən azdır. O, heyvanların ünsiyyət qurduğu tezliklərlə kəsişir və heyvanların ünsiyyətinə, yemək axtarışına, ovuna mane olaraq bütün ekosistemi poza bilər. Hesabat müəllifləri deyirlər ki, iqlim dəyişikliyin, kimyəvi və plastik çirklənmənin, ətraf mühitin məhv edilməsinin və antropogen səs-küyün heyvanlara mənfi təsir göstərməsini unutmamalıyıq. Onların sözlərinə görə, tozlanma ilə məşğul olan böcəklər səs-küy səbəbindən yox olursa, o zaman bitkilər zərər görəcək. 2017-ci ildə ingilis alimləri külək stansiyalarının balıq və digər dəniz canlılarına necə təsir etdiyini araşdırıb. Məlum oldu ki, səs-küy səbəbindən onlar daha həssas olur və daha tez ölürlər.

Milli.Az