Məşhur türk aşpaz Həbiblə döyüşmək istəyir

6 Dekabr 2019 23:36

Məşhur türk aşpaz Nüsrət Gökçə qüvvəsini qaydasız döyüşdə də sınamaq niyyətindədir. 

Milli.Az kaspi.az-a istinadən xəbər verir ki, Nüsrət Həbib Nurməhəmmədovla döyüşməyə hazır olduğunu bildirib. O, Konor Makreqorla da üz-üzə gəlmək istəyir: 

"Makreqor və ya Həbib, mənim üçün fərqi yoxdur. Mən hazırım. Onların hər ikisinə böyük hörmətim var.

Əgər onlardan hər hansı bir məni nə vaxtsa çağırsa, döyüşməyə hazıram".

Həbib gələn ilin aprel ayında Toni Feryusonla döyüşəcək. Makreqor isə yanvarda Donald Serrone ilə üz-üzə gələcək.

Milli.Az