Velik Zançev Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışdı

6 Dekabr 2019 12:11

"TRACECA böyük həcmdə yüklərin daşınacağı dəhlizdir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bolqarıstanın nəqliyyat, informasiya texnologiyaları və kommunikasiya nazirinin müavini Velik Zançev Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat sazişinin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş tədbir və TRACECA Beynəlxalq komissiyasının Daimi katibliyinin 16-cı iclasında deyib.

O qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu ölkələr arasında əlaqələrin genişlənməsində böyük rol oynayır:

"Sazişin imzalanmasından sonrakı 20 il ərzində biz TRACECA dəhlizinin nəqliyyat əlaqələrinin inkişafı və İpək Yolunun bərpa olunmasında rolunun vacibliyini başa düşdük".

Milli.Az