Xalq artisti evində huşsuz vəziyyətdə tapıldı

6 Dekabr 2019 10:39

Rusiyanın Xalq artisti Tereza Durova xəstəxanaya yerləşdirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sürücüsü aktrisanı evində huşsuz vəziyyətdə tapıb. O, dərhal təcili yardıma zəng edib.

Sürücüsü aktrisanı ayıltsada da, həkimlər xəstəxanaya yerləşdirilməsini tələb ediblər. Hazırda onun səhhəti ilə bağlı heç bir məlumat verilmir.

Qeyd edək ki, Tereza Bakıda doğulub.

Milli.Az