Bakıda əcnəbi qadını işə düzəltmək adı ilə aldadıb pulunu mənimsədilər

6 Dekabr 2019 09:49

Bakıda əcnəbi vətəndaşa qarşı dələduzluq edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə polisə İran vətəndaşı, Abşeron rayonu, Xırdalan şəhəri, M.Əcəmi küçəsi, dalan 3, ev 17-də yaşayan, 1975-ci il təvəllüdlü Tayarı Sadagh Masoumeh qızı şikayət edib.

Qadın bildirib ki, bu ilin oktyabr ayında tanıdığı Anar adlı şəxs onu işə düzəldəcəyi ilə aldadıb 195 manatını alaraq mənimsəyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az