Bakıda yol qəzası: biri azyaşlı olmaqla 2 nəfər xəsarət alıb - FOTO

6 Dekabr 2019 11:09

Bakının Yasamal rayonunda "QazEL" markalı yük maşını ilə "Honda" markalı avtomobili toqquşub. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Şərifzadə küçəsində, "İnşaatçılar" metro stansiyasının yaxınlığında baş verib.

Hadisə nəticəsində "Honda"da olan azyaşlı və onun anası, 1989-cu il təvəllüdlü Aysel Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

A.Məmmədovaya sağ qolun əzilmiş yarası diaqnozu qoyulub.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır. 

Milli.Az