İzmirdə silahlı atışma: 10 nəfər yaralandı - FOTO

5 Dekabr 2019 20:23

Türkiyənin İzmir şəhərində silahlı atışma baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aralarında mübahisə yaranan 2 qrup bir-birlərinə tapança və tüfəngdən atəş açıblar. Nəticədə hər iki tərəfdən ümumilikdə 10 nəfər yaralanıb. Hadisə yerinə xeyli sayda polis və təcili yardım işçiləri göndərilib. İnsidentə görə 6 nəfər saxlanılıb.

Polis tərəflərin yenidən dava ehtimalına qarşı təhlükəsizlik tədbirlərini gücləndirib və məhəlləni nəzarətə götürüb.

Milli.Az