Lavrov: “Soyuq müharibə”dən sonra NATO və Rusiya arasında gərginlik bu həddə olmayıb”

5 Dekabr 2019 17:50

Soyuq müharibə"dən sonra NATO və Rusiya arasında gərginlik bu həddə olmayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.

"Bu təhlükəli vəziyyətin qarşısının alınması, konfrontasiya yolu tapılması olduqca vacibdir", - deyə S. Lavrov vurğulayıb.

Rusiyalı nazir İkinci Dünya müharibəsinin başa çatmasının 75 illiyi ilə bağlı xüsusi qətnamə qəbul edilməsini, eyni zamanda Avropa Təhlükəsizliyi Xartiyasının 20 illiyi ilə əlaqədar da xatirə qətnaməsinin qəbul olunmasını təklif edib.

Milli.Az