Atanın dovşana tuşladığı güllə oğlunu öldürdü - FOTO

5 Dekabr 2019 18:04

ABŞ-da bir kişi dovşan ovlayarkən doqquz yaşlı oğlunu vurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Cənubi Karolinada - Sprinqfild şəhərində Brayn Franklin Uilyams oğlu Koltonu özü ilə ova aparıb.

Ehtiyatsızlıq səbəbindən atanın dovşana yönəltiyi güllə oğluna dəyərək, onu öldürüb.

Koltonun ölümünə görə atası cinayətə cəlb edilməyib.

Milli.Az