Qadınların diqqətinə: Müntəzəm saç boyamaq bu ölümcül xəstəliyə səbəb ola bilər!

6 Dekabr 2019 01:30

Saçları mütəmadi boyamaq "döş xərçəngi" riskini artırır.

Milli.Az yenicag.az-a istinadən bildirir ki, bu barədə məlumat "International Journal of Cancer" jurnalında dərc olunub. Qadınlar arasında aparılan araşdırmanın nəticələri isə hər kəsi heyrətə salıb. Belə ki, müntəzəm şəkildə saç boyalarından və kimyəvi saç düzləşdirici vasitələrdən istifadə edənlərdə "döş xərçəngi" riskinin digərlərinə nisbətən 30 faiz daha yüksək olduğu bildirilib.

Milli.Az