Bir şəxs 2000 manat borc alır və 3 aydan sonra 2500 manat qaytaracağını deyirsə...

10 Dekabr 2019 22:50

Bir şəxs iş qurmaq üçün dostundan 2000 manat borc pul alır və 3 aydan sonra ona 2500 manat qaytaracağını deyirsə, bu cür borc alma düzgündürmü?

Göstərilən şəkildə borc almaq riba (sələmçilik) sayılır və günahdır. Dinimizdə sələm vermək və almaq böyük günahlardan biri hesab edilir. İnsan aldığı borcun miqdarı qismində artıq pul qaytarmağa söz versə, bu, sələmdir. Borcu bu şəkildə almaq olar: Milli.Az islam.az-a istinadən bildirir ki, həmin şəxs öz dostuna deməlidir ki, aldığı 2000 manatla iş qurub qazanc götürmək niyyətindədir və əgər işi alınsa, onun borcunu (yəni 2000 manatı) qaytaracaq, üstündə də öz qazansının müəyyən hissəsini (məsələn, yarısını ya üçdən-birini) ona verəcək. Veriləcək hissəni qeyri-konkret formada (yəni qazancın yarısı) da söyləyə bilər, konkret miqdar da (məsələn, 500 manat) vəd edə bilər. Bu cür borc zamanı əgər qurduğu iş alınsa, dediyi əlavə məbləği də verməlidir və bu, artıq, sələm sayılmayacaq. Əgər qurduğu iş alınmasa belə, aldığı borcu (2000 manat) qaytarmağa zamindir.

Milli.Az