Türkiyədə gənə can aldı

15 Aprel 2010 18:44
Milli.Az xəbər portalı "Hürriyət" qəzetinə isnadən xəbər verir ki, Əhməd Sözkəsəni boynundan və ayağından gənə sancıb. O, bədəninə yapışan gənələri özü qoparıb və xəstəxanaya müraciət etməyib. Amma sonradan onun vəziyyəti pisləşib. Əhmədi müalicə üçün Tokatdan Sivas Cümhuriyyət Universitetinin xəstəxanasına göndəriblər. Bütün müdaxilələrə baxmayaraq, 61 yaşlı kişi dünyasını dəyişib.

Bu, 2010-cu ildə Türkiyədə gənə üzündən ikinci ölüm halıdır. Ötən bazar günü 49 yaşlı qadın gənə sancması nəticəsində dünyasını dəyişmişdi. 2009-cu ildə Türkiyədə 61, 2008-ci ildə isə 59 nəfər gənə sancmasından ölüb.

Milli.Az