Facebook istifadəçi sayı az olduğu halda investisiyanı necə almışdı?

10 Dekabr 2019 07:41

Facebook Twitter Linkedin Telegram VK

2004-cü ildə universitetin ikinci kursunda təhsil alan üç tələbə yeni yaratdıqları universitet sosial şəbəkəsi ilə Silikon Vadisinə gəldi. Bu sosial şəbəkədən universitet kampuslarında istifadə edilirdi. O, bazarın lider sosial şəbəkəsi deyildi, başqa şirkətlər bundan əvvəl daha çox xüsusiyyətlərlə bazara girmişdi. 150 000 nəfərlik qeydiyyatdan keçmiş istifadəçisi ilə çox az gəliri var idi, amma həmin ilin yayı onlar 500 000 dollarlıq ilk startap kapitallarını aldılar. Bir neçə il keçmədi ki, onlara 12,7 milyon dollarlıq başqa maliyyə də ayrıldı.

Yəqin artıq bu üç tələbənin "Facebook"-dan Mark Zuckerberg, Dastin Moskoviç və Kris Hyuz olduğunu güman etmisiniz. Onların hekayələri dünyada çox məşhurdur. Hekayələrində dəyərli məqamlar çoxdur, amma təkcə birini vurğulamaq istəyirik ki necə olub ki, "Facebook"-dan az istifadə edilən bir vaxtda özünə bu qədər çox maliyyə cəlb edə bilib?

Milli.Az techland.az-a istinadən bildirir ki, deyilənə görə "Facebook"-un ilkin artımı haqqında investorları ən çox təsirləndirən iki reallıq vardı. Birincisi, "Facebook"-un aktiv istifadəçilərinin saytda keçirdiyi vaxtın miqdarı idi. Bu, bir şirkətin necə öz dəyər hipotezini, - müştərilərin məhsulu dəyərli hesab etməsini - təsdiqləyə bildiyini göstərən misaldır. "Facebook"-un ilkin artımı ilə bağlı ikinci təsirləndirici məqam isə onun ilk universitet kampuslarında sürətlə yayılması idi. Artım sürəti insanı mat qoyurdu:"Facebook" 2004-cü ilin 4 fevralında bazara çıxarıldı və ayın sonuna qədər Harvard tələbələrinin, demək olar ki, 3/4 hissəsi ondan istifadə edirdi, həm də marketinq və reklama bircə dollar da olsun pul xərclənilmədən. Başqa sözlə, "Facebook" öz axın hipotezini də təsdiqləmiş oldu. Bu iki hipotez hər startapın üzləşdiyi ən vacib sövq-təbii fərziyyə suallarıdır.

Milli.Az