"Qalatasaray" 3-cü liqa klubuna uduzdu

4 Dekabr 2019 23:56

Futbol üzrə Türkiyə kubokunda 5-ci mərhələnin ilk oyunları keçirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Qalatasaray" doğma azarkeşləri önündə səviyyəcə 3-cü liqa təmsilçisi olan "Tuzlaspor"u qəbul edib.

Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsiylə başa çatıb. Maraqlıdır ki, ikinci qolu "Tuzlaspor" azlıqda vurdu - 88-ci dəqiqədə Məhəmməd Akarslan ikinci sarı kartı alaraq meydandan qovuldu.

Qollar: Sadik Baş (53), Umut Sönməz (90).

Qeyd edək ki, cavab oyunları dekabrın 17-19-da keçiriləcək.

Milli.Az