"Manchester United"də ciddi itkilər

4 Dekabr 2019 22:04

Manchester United İngiltərə Premyer Liqasının 15-ci turunda Tottenham-lə qarşılaşacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" sözügedən qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Pol Poqba, Antoni Marsial, Erik Bayi, Dieqo Dalot və Timoti Fosu-Mensa zədə səbəbindən Tottenham-lə matçda iştirak etməyəcək.

Qeyd edək ki, Manchester United - Tottenham matçı bu gün keçiriləcək və saat 23:30-da start götürəcək.

Milli.Az