Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başlayıb

4 Dekabr 2019 17:39

Slovakiyada xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb.

Milli.Az xəbər verir ki, Trend bu barədə XİN-in "Twitter" səhifəsinə istinadən məlumat verir.

Qeyd edək ki, E.Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında iştirak etmək üçün Bratislavaya səfər edib.

Nazirin həmsədrlərin vasitəçiliyi ilə ermənistanlı həmkarı Zohrab Mnatsakanyanla görüşəcəyi gözlənilir.

Milli.Az