ABŞ-da ilk dəfə meyitdən ürək köçürüldü

4 Dekabr 2019 22:20

ABŞ-ın Dyuk Universitetinin torakal və ürək-damar cərrahları Böyük Britaniyadan sonra, amma ABŞ tibb tarixində ilk dəfə qan dövranı artıq dayanmış meyitdən ürək götürülüb və donor orqan kimi istifadə edilib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, ürək çıxarılan kimi aparata qoşulur və orqan istiləşib, qanla dolub. Döyünməyə başlayan meyit ürəyi bir neçə saat bədəndə olmayıb, sonra resipiyentin döş qəfəsinə köçürülüb.

Cərrahlardan biri Ceykob Şreder əməliyyatdan video paylaşıb.

Bu əməliyyat ilk dəfə 2009-cu ildə Britaniyada uğurla baş tutub.Alimlər hesab edir ki, meyitdən ürəkköçürmə ABŞ-da donor orqanlarının xroniki çatışmazlığı problemini qismən həll edəcək.

Milli.Az