MMA döyüşçüləri eyni anda nokdaun oldular - VİDEO

4 Dekabr 2019 22:42

Portuqaliyanın Lissabon şəhərində keçirilən MMA turnirində gözlənilməz hadisə yaşanıb. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, MMA döyüşçüləri - 22 yaşlı Eder Lopes və 33 yaşlı Diyeqo Neveş eyni anda bir-birilərini nokdauna salıblar.

Bir neçə saniyədən sonra Lopes ayağa qalxıb və döyüşə davam etməyə hazır olduğunu bildirib. Lakin Neveş oktaqonun döşəməsində uzanmağa davam edib. Onun köməyinə tibb işçiləri çatıb. Nəticədə qələbə Eder Lopesin olub.

Qeyd etmək lazımdır ki, belə turnirlərdə ikili nokdaunların olması yetərincə nadir hadisədir.

Milli.Az