Qvardiola “Siti” ilə “Bavariya”nı səhv saldı - VİDEO

4 Dekabr 2019 20:39

İngiltərə Premyer Liqasının 15-ci turunda "Börnli" - "Mançester Siti" oyunundan (1:4) sonra qonaqların baş məşqçisi Pep Qvardiolanın mətbuat konfransında maraqlı anlar yaşanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,ispaniyalı mütəxəssis matçı dəyərləndirərkən "Mançester Siti" əvəzinə 

"Həmişə Rodri bizə kömək edir, düşünürəm ki, "Bavariya"....  daha doğrusu "Mançester Siti" onu almaqda düzgün hərəkət edib. "Bavariya" nə idi? Mən nə düşündüyümü bilmirəm"(gülür).

Qeyd edək ki, Pep Qvardiola 2013-2016-cı illərdə "Bavariya"nı çalışdırıb.

Milli.Az