Nazirlər Kabineti Aparatının şöbələrinə yeni rəhbərlər təyin edilib

4 Dekabr 2019 15:34

Nazirlər Kabineti (NK) Aparatının şöbələrinə yeni müdir təyin edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azər Əmiraslanov Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Mehman Tağıyev isə Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

NK-nın mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumatı təsdiqləyib.

Milli.Az